Bakı şəhərində vətəndaşların etibarından sui-istifadə edərək onları aldadan və pullarını ələ keçirən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 5-ci Polis Bölməsinin (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində paytaxt sakini əvvəllər Cinayət Məcəlləsinin 178-ci, yəni, dələduzluq maddəsi ilə məhkum olunan Əhməd Cəfərov tutulub. Araşdırma zamanı onun Binəqədi rayonunda 5, paytaxtın digər rayonlarında isə 6 nəfəri dələduzluq edərək aldadıb pullarını ələ keçirdiyi məlum olub.
Qeyd edək ki, Əhməd Cəfərov ifadəsində zərərçəkənlərə kreditlə avtomobil satacağı vədi verib onların etibarından sui-istifadə edərək aldatdığını bildirib.
Saxlanılan şəxs barəsində 5-ci Polis Bölməsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Binəqədi RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Əhməd Cəfərov barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Onun digər qanunsuz əməllərinin müəyyən edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Bakıda dələduz tutuldu, görün nə edirmiş - VİDEO
08
iyun
22:21

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat