İyunun 4-də Kəlbəcərdə iki jurnalist və bir mülki vətəndaşın ermənilərin yerləşdirdiyi minaya düşərək həlak olması böyük səs-küy yaratdı.
Bu gün isə Ermənistan-Azərbaycan dövlət sərhədinin Laçın rayonu sahəsində əlverişsiz hava şəraitindən istifadə edən Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu ərazimizə daxil olub. İlkin araşdırmalara görə, düşmənin kəşfiyyat-diversiya qrupunun tapşırığı ərazilərimizin minalanması olub.
Onlar müxtəlif müxtəlif yollarla azad olunan torpaqlarımıza keçərək, yenidən minalanma işlərini davam etdirməyə cəhd edirlər.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan Əməkdar artist, “Bakılı oğlanlar”, “KVN” teatrının aktyoru Bəhram Bağırzadə qeyd edib ki, Ermənistana qarşı antiterror əməliyyatları davam etdirilməli, bu istiqamətdə zəruri və qətiyyətli addımlar atmalıdır. Onlar yalnız bundan sonra minalanmış ərazilərin xəritəsini verməyə məcbur olacaqlar:
“Bu fikirlərimə görə çoxları deyəcək ki, Bəhram Bağırzadə humanist deyil. Amma mən kifayət qədər humanist və tolerantam. Əgər ermənilər bizimlə belə mübarizə apaprırlarsa, biz də onlara adekvat cavab verməliyik. Mən artıq bir neçə gündür bu haqda düşünürəm, fikirləşirəm ki, bunun qarşısını necə almaq olar. Ağlıma bir fikir gəlir: Sovetlər İttifaqının alman faşitlərlə apardığı mübarizə kimi mübarizə aparmaq lazımdır. Azərbaycanda saxlanılan diversantları minalanmış ərazilərə buraxmaq lazımdır. Kim partlayırsa, partlasın. Beləcə də ərazi minadan təmizlənmiş olacaq. Mən bunun yolunu yalnız belə görürəm. Əgər onlar belə oyun oynayırlarsa, gərək biz də adekvat cavab verək. Başqa yolu yoxdur. Ya xəritələri qaytarsınlar, ya da bu cür həll olunsun. Qoy, dünya bizə vəhşi desin, eybi yox. Biz oraları abadlaşdırandan sonra onlar bizə yalvaracaqlar ki, gəlib cənnət kimi yerləri görsünlər”.
“Erməni diversantlarını minalanmış ərazilərə buraxmaq lazımdır“ - “Kim partlayır, partlasın“
08
iyun
19:49

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat