“Şahdağ” futbol klubu Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasını (AHİK) məhkəməyə verib.
HİT.Az xəbər verir ki, iddia Bakı Kommersiya Məhkəməsinin hakimi Zaur Pirverdiyevin icraatındadır. Açıq mənbələrdə məhkəmə çəkişməsinin səbəbləri barədə hər hansı bilgi yoxdur.
AHİK-in sədri deputat Səttar Möhbalayevdir. O, 6 fevral 1993-cü ildən bu vəzifədədir.
Bir neçə il əvvəl Səttar Möhbalıyev Qarabağ qazisi Zaur Həsənovun intiharı ilə gündəmə gəlmişdi. Qarabağ qazisi AHİK sədrinin qanunsuz əməllərinə etiraz olaraq özünü yandırmışdı. Zaur Həsənov xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmamışdı.
Səttar Möhbalıyev bu olaya görə ciddi ictimai qınağa tuş gəlmişdi.
AHİK sədri həm də Prezidentin keçmiş köməkçisi Əli Həsənovun qudasıdır. Əli Həsənov görəvdən alınanda onun da işdən çıxarılacağı gözlənilirdi.
Əli Həsənovun qudası MƏHKƏMƏYƏ VERİLDİ
08
iyun
17:33

Qarabağ
KOMMENTLƏR
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər
- Səkilərdə masa-stul dövrü bitdi – Yeni təlimatla kafe sahiblərinə məhdudiyyət
- “Ayıb olsun, qiyməti 1 manatdan 5 manata qaldırmaq nə deməkdir?”- Aparıcı Mətanətdən Sumqayıt bulvarında qalxan qiymətlərə REAKSİYA