Bu barədə universitetin “Facebook” səhifəsində məlumat paylaşılıb.
Departament müdiri Nuru Səfərov 55 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Nuru Səfərov 18 oktyabr 1966-cı il Azərbaycan Respublikası Neftçala rayonu Xəzər kəndində anadan olub.
1983-cü ildə Ukrayna Respublikasındakı Dnepropetrovsk Dövlət Universitetinin radiofizika fakultəsinə qəbul olub, 1988-ci il oranı radiofizika və elektronika ixtisası üzrə bitirib. 1997-ci ildə “Optik örtüklü silisium günəş elementlərində fotovolt və radiasiya effektləri” mövzusunda dissertasiya işini müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi alıb, 2007-ci ildə Beynəlxalq Ekoenergetika Akademiyasının professoru adına layiq görülüb. 70-ə yaxın elmi məqaləsi vardır, o cümlədən 5 ixtira müəllifidir.