Koronavirus (COVID-19) pandemiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə görülmüş tədbirlərdən biri də xarici ölkə vətəndaşlarının Azərbaycan Respublikası ərazisinə girişinin yalnız Nazirlər Kabineti yanında Operativ Qərargahın xüsusi icazəsi əsasında verilməsidir.
Son bir ildən artıq müddət ərzində həyata keçirilmiş genişmiqyaslı tədbirlər, uğurlu vaksinasiya proqramı nəticəsində Azərbaycanda epidemioloji vəziyyət müsbətə doğru inkişaf etmiş, xüsusi karantin rejimi çərçivəsində tətbiq olunmuş bir sıra məhdudiyyətlər aradan qaldırılmışdır.
Eyni zamanda, dünyanın bir sıra ölkələrində epidemioloji vəziyyət sabitləşir və ardıcıl vaksinasiya tədbirləri nəticəsində həmin ölkələrdə yoluxma sayları nəzarətdə saxlanılır. Bununla əlaqədar, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah Azərbaycan kimi epidemioloji vəziyyəti sabit olan bir sıra ölkələrin vətəndaşlarının ölkəmizin ərazisinə səfər edə bilməsi üçün xüsusi icazə tələbinin mərhələli şəkildə ləğv olunması barədə qərar qəbul edib.
Sabahdan hava yolu vasitəsi ilə Türkiyə və Rusiya vətəndaşlarının Azərbaycana sərbəst giriş-çıxışı bərpa olunur.
Moskva Azərbaycanlıları İcmasının rəhbəri Şamil Tağıyev Modern.az-a açıqlamasında məsələyə münasibət bildirib:
Şamil Tağıyev biletlərin satış qiymətlərinin yüksək olduğunu deyib:
“Sabahdan Rusiya və Türkiyədən Azərbaycana təyyarə reysləri açılır. Amma quru sərhədləri açılsaydı, daha yaxşı olardı. Çünki insanların əksəriyyəti şəxsi avtomobilləri ilə hər il Azərbaycana gəlir, qohumlarını, ailələrini ziyarət edirlər.
Çarter, AZAL-ın və digər reyslərin satışda olan biletlərinin qiymətləri çox yüksək olduğuna görə, bu insanlarda narazılıq yaradır. Düzdür, əsas odur ki, reyslər açılsın. Lakin qiymət məsələsi əgər insanların büdcəsinə uyğun olmasa, bunun heç bir effekti olmayacaq. Qiymətlərin aşağı salınması daha məqsədəuğun olardı.. Olmasa bəzi problemlər yarada bilər”.
Rusiyadan Bakıya reyslər bərpa olunur - Diaspor sədri qiymətlərdən narazıdır
09
iyun
17:27

Qarabağ
KOMMENTLƏR
Azərbaycan karantin daha da yumşaldıldı - Kafe və restoranlar açılır
Azərbaycanda karantin rejimi yumşaldılır - HANSI QADAĞALAR GÖTÜRÜLDÜ?
Azərbaycanda karantin rejimi bu tarixədək UZADILDI - RƏSMİ
Sabahdan məhkəmələrin fəaliyyəti tam bərpa olunur
Azərbaycanda restoran və “Mall”ların fəaliyyəti bərpa olunur
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat