Azərbaycan Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası II Elizabetə təbrik məktubu göndərib.
Məktubda deyilir:
“Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının milli bayramı – Təvəllüd Gününüz və 95 illik yubileyiniz münasibətilə Sizə və bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirməkdən məmnunluq duyuram.
Siz böyük bir tarixi dövrü özündə əks etdirən zəngin və dərin məzmunlu ömür yolu keçmiş, bütün həyat və fəaliyyətinizi doğma ölkənizin rifahına həsr etmiş, xalqınıza şərəflə və ləyaqətlə xidmət etmisiniz. XX əsrin ikinci yarısından bu günədək Birləşmiş Krallığa başçılıq edərək daim öz prinsiplərinizə sadiqliyiniz, əzmkar və yorulmaz fəaliyyətiniz, Vətəninizə olan hədsiz bağlılığınız və məhəbbətiniz bütün dünyada Sizə böyük nüfuz və rəğbət qazandırmışdır.
Bu gün Azərbaycan ilə Birləşmiş Krallıq arasında münasibətlər müvəffəqiyyətlə inkişaf edir, dostluq əlaqələrimiz gündən-günə genişlənir. Dövlətlərarası münasibətlərimizin formalaşmasında, hərtərəfli inkişafında və bugünkü səviyyəyə yüksəlməsində Sizin böyük rolunuz vardır.
İnanıram ki, dərin kökləri olan və möhkəm təməllər üzərində qurulmuş bu əlaqələr, bir sıra mühüm sahələrdə əməkdaşlığımız bundan sonra da ardıcıl olaraq inkişaf edəcək və genişlənəcəkdir.
Ülyahəzrət,
Bu əlamətdar gündə Sizi bir daha ürəkdən təbrik edir, möhkəm cansağlığı, xoşbəxtlik, dost Birləşmiş Krallığın rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm”.
İlham Əliyev II Elizabetə məktub göndərdi
11
iyun
15:44

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat