"İtaliya Azərbaycanın azad olunmuş ərazilərində yenidənqurma işlərinə yaxından cəlb olunub. Bu fəaliyyət bundan sonra da fəal sürətdə davam edəcək".
Bunu İtaliyanın Azərbaycana yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Klaudio Taffuri mayın 12-də etimadnaməsini Prezident İlham Əliyevə təqdim edərkən deyib.
O, İtaliya Prezidenti Sercio Mattarellanın salamlarını dövlətimizin başçısına çatdırıb.
Prezident İlham Əliyev İtaliya Prezidentinin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını İtaliyanın dövlət başçısına çatdırmağı xahiş edib.
Azərbaycanla İtaliyanın dost və strateji tərəfdaşlar olduğunu deyən Klaudio Taffuri ölkəmizə səfir təyin edilməsindən məmnunluğunu bildirib, fəaliyyəti dövründə ikitərəfli əlaqələrimizin daha gücləndirilməsi üçün səylərini əsirgəməyəcini deyib.
Səfir Prezident İlham Əliyevin 2020-ci ildə İtaliyaya dövlət səfərini xüsusilə qeyd edərək ölkələrimiz arasında siyasi, iqtisadi, ticarət, humanitar və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük imkanların olduğunu bildirib.
"İtaliya azad olunmuş ərazilərdə fəaliyyətini fəal sürətdə davam etdirəcək" - Səfir
12
iyun
14:14

Qarabağ
KOMMENTLƏR
"Bir çox italyan şirkəti Azərbaycanda aktiv fəaliyyət göstərir" - Prezident
İlham Əliyev yeni səfirin etimadnaməsini qəbul etdi - FOTOLAR
İlham Əliyev Mevlüt Karakayanı qəbul edib
Prezident Özbəkistanın yeni səfirinin etimadnaməsini qəbul edib - Foto + Video
İlham Əliyev İtaliya Senatının Sədri ilə görüşüb - FOTO
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat