İyunun 12-də Ermənistan Ağdam rayonu üzrə tank və piyada əleyhinə 97 min minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim edib. Heç şübhəsiz, bu, ötən il noyabrın 10-da Üçtərəfli Bəyanatın imzalanmasından sonra Azərbaycanın  əldə etdiyi ən mühüm diplomatik nailiyyətlərdən biridir. 
Bunu YAP-çı deputat Siyavuş Novruzov deyib. O, bildirib ki, prezident İlham Əliyev Ermənistan tərəfindən minalanmış ərazilərimizin xəritələrinin ölkəmizə verilməsi istiqamətində beynəlxalq müstəvidə məqsədyönlü iş aparır və qətiyyətli mövqe nümayiş etdirir. 
“Bunun nəticəsi kimi, respublikamız 97 min minanı özündə əks etdirən xəritələri əldə edə bildi. Bu, sıradan və adi məsələ deyil. Çünki sözügedən xəritələrdən istifadə nəticəsində ərazilərin minadan təmizlənməsi, ilk növbədə, vətəndaşlarımızın həyat və sağlamlıqlarına qarşı təhdidlərin qarşısının alınması deməkdir. Digər tərəfdən, bu, eyni zamanda, işğaldan azad olunmuş ərazilərin bərpasını və Böyük Qayıdış prosesini sürətləndirməyə şərait yaradan müsbət haldır. 
Ərazilərin minalardan təmizlənməsi, bərpa-quruculuq və məskunlaşma kimi nəhəng strateji vəzifələrin gerçəkləşdirilməsi ölkəmizin qüdrətini daha da artıracaq”.
скачать dle 12.1