Azərbaycanın azad edilmiş ərazilərinin minalardan təmizlənməsi üçün bütün xəritələri təhvil vermək lazımdır.
Trend-in məlumatına görə, bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya işləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Riker deyib.
Azərbaycanlı jurnalistlərin Kəlbəcər rayonunda minaya düşərək həlak olması barədə F.Riker bu hadisəni faciə adlandırıb: "İnsanların mina partlaması nəticəsində həyatını itirməsi faciədir. Hesab edirik ki, bütün xəritələri təhvil vermək lazımdır. Biz ərazilərin minalardan təmizlənməsi prosesində texniki yardım göstərə bilərik".
F.Riker Ermənistanla Azərbaycan sərhədində baş vermiş son hadisələrdən narahatlığını bildirib: "Biz tərəfləri məsələni tez bir zamanda dinc yolla həll etməyə çağırırıq. Tərəflər ATƏT Minsk qrupunun sədrliyi ilə substantiv danışıqları bərpa etməlidir".
Azad edilmiş ərazilərin minalardan təmizlənməsi üçün bütün xəritələri təhvil vermək lazımdır - ABŞ rəsmisi
08
iyun
18:33

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat