Ölkəmizin hər bir güşəsində olduğu kimi Milli Qurtuluş günü Lənkəranda da böyük təntənə ilə bayram edilir. Bu il də lənkəranlılar pandemiya şəraitinə baxmayaraq bu əziz bayramı alnı-açıq, üzü-ağ qarşılayırlar.
Təhsil, səhiyyə, mədəniyyət müəssisələrində, Heydər Əliyev Mərkəzində, əmək kollektivlərində, ictimai birliklərdə karantin qaydalarına uyğun tədbirlər, konfranslar, müzakirələr keçirilir, bu şərəfli günün parlaq qələbələrlə zəngin çağdaş tariximizdəki rolu bir daha dərindən öyrənilir, gənc nəslə izah olunur. Hər il olduğu kimi bu il də iyunun 15-də Ulu Öndərin adını daşıyan Xatirə parkında Milli Qurtuluş günü münasibətilə tədbir keçirilib. Tədbir zamanı Lənkəran ŞİH başçısı Taleh Qaraşov, İcra aparatının rəsmiləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, RİİB-in üzvləri, ictimaiyyət nümayəndələri Ulu Öndərin əzəmətli abidəsini ziyarət edib önünə tər çiçəklər düzüblər. Rayonda Milli Qurtuluş günü münasibətilə tədbirlər davam etdirilir.