Narkotik tərkibli bitkilərin aqrotexniki qaydada qulluq edilərək yetişdirilməsi ilə məşğul olan şəxslərə qarşı Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat tədbiri həyata keçirilib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, şöbəyə rayonun Xaspoladoba kəndi ərazisində meşə massivində külli miqdarda narkotik tərkibli çətənə kollarının əkildiyi barədə əməliyyat məlumatı daxil olub. Həmin ünvan dərhal xüsusi texniki vasitələrin köməkliyi ilə əməliyyat nəzarətinə götürülüb. Həyata keçirilən uğurlu əməliyyat nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Xaçmaz rayon sakinləri Cavad Mütəllimov və Zaur Mustafayev iş başındaca, yəni çətənə kollarına qulluq edən zaman saxlanılıblar. Onların çətənə kollarını əkdiyi sahəyə baxış zamanı 100-ə yaxın narkotik tərkibli çətənə bitkisi aşkar olunaraq götürülüb. Saxlanılan şəxslər ifadələrində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olduqlarını etiraf ediblər.
Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Cavad Mütəllimov və Zaur Mustafayev təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunublar. Onların cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Meşədə narkotik əkənlər saxlanılıblar
16
iyun
15:04

Qarabağ
KOMMENTLƏR
Hacıqabulda narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olan 3 nəfər şəxs saxlanıldı
Polisdən narkotik "parnik"inə basqın - FOTO, VİDEO
Xaçmazda meşədə narkotik plantasiyası aşkarlanıb - FOTO
Bakıda polis əməliyyatı: 1 tona yaxın narkotik aşkarlandı - Video
"Bandotdel"dən əməliyyat: Narkotik tacirləri tutuldu - Video
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat