"Bu həftə ərzində ölkə ərazisinə cənub-şərqdən quru və qızmar hava axınlarının daxil olacağı gözlənilir. Nəticədə günəşli və anomal isti hava şəraitini təyin edən azhərəkətli hava kütləsi bərqərar olacaq".
Bunu “Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.
Onun sözlərinə görə, günəşli gündüzlərin davamlı olması da havanın maksimum qızması üçün şərait yaradacaq:
"Sutkalıq temperatur normasından xeyli yüksək olan anomal güclü istilərlə əlaqədar bu günlərdə açıq havada olarkən kölgəli yerlərdə olmağa çalışın. Belə istilərdə günvurma və istivurma ehtimalı adətən yüksək olur. Zəif və mülayim cənub-şərq küləkləri üstün olacaq".
U.Tağıyeva yüksək temperatur rekordlarının yenilənəcəyinin gözlənildiyini bildirib: "Həftə ərzində ayrı-ayrı rayonlarda havanın maksimum temperaturunun 40, bəzi yerlərdə 44 dərəcəyədək çatacağı gözlənilir".
Xidmət rəisi əlavə edib ki, Bakıda və Abşeron yarımadasında havanın temperaturu 39 dərəcəyədək yüksələcək: "Unutmayaq ki, beynəlxalq metodlara əsasən havanın temperaturu kölgədə ölçülür və böyük şəhərlərdə asfalt-beton örtük istilik effektini daha da artırır. Bu səbəbdən də şəhərin bəzi yerlərində 40-42 dərəcə hiss ediləcək. İlkin hesablamalara əsasən həftənin sonunda güclü istilər bir qədər azalacaq".
Azərbaycanda anomal istilər olacaq, temperatur 44 dərəcəyədək yüksələcək
21
iyun
15:28

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat