Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.
AQTA-dan verilən məlumata görə, agentlik tərəfindən aparılan yoxlamalar zamanı “QZM Group” MMC-nin sifarişi ilə fiziki şəxs Mustafa Ramiq Nəbi oğlu tərəfindən istehsal olunan (03.02.2021-ci il istehsal tarixli məhsul partiyası) və “Allbuy” MMC tərəfindən istehsal olunan “Karvanka” (05.04.2021-ci il istehsal tarixli məhsul partiyası) və “Violetta” (01.12.2020-ci il istehsal tarixli məhsul partiyası) əmtəə nişanlı kərə yağının qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğun olmadığı müəyyənləşdirilib. Qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğunluğun müəyyən edilməsi məqsədilə məhsullardan götürülən nümunələr Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) müvafiq laboratoriyalarında müayinələrə cəlb edilib. İstehsalçı tərəfindən məhsulun 82,5% duzsuz kərə yağı olduğu bəyan edilsə də, müayinələr nəticəsində məhsulun bitki mənşəli yağ olduğu aşkar olunub. Faktla bağlı sözügedən məhsul partiyalarının ticarət dövriyyəsindən geri çağırılması barədə qərar qəbul edilib, qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində tədbirlərini ardıcıl davam etdirir. İstehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı alınacaqdır.
Saxta kərə yağı istehsal edən şirkət aşkarlandı
23
iyun
15:30

Qarabağ
KOMMENTLƏR
Yararsız kolbasa və sosiska məhsulları aşkar edildi
Süd məhsullarının istehsalı müəssisəsində nöqsanlar - 20 kq pendir məhsulu məhv edildi
Bu xəstəxanalarda kobud pozuntular AŞKARLANDI
İrandan Azərbaycana idxal edilən duz yararsız çıxdı
Süd və saçaqlı pendir hazırlanan müəssisələrdə xoşagəlməz mənzərə - FOTOLAR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat