Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndəsi Sumya Svaminatan koronavirusun mutasiya olmuş yeni versiyası olan “Delta” ilə bağlı xəbərdarlıq edib. Mütəxəssis “Hindistan ştammı”nın kütləvi şəkildə yayıla biləcəyini və onun əvvəlki virusdan iki dəfə çox yoluxucu olduğunu diqqətə çatdırıb.
Hindistanda isə artıq 85 ölkədə yayılmış “Delta” ştammından daha təhlükəli hesab edilən “Delta-plyus” ştammı aşkarlanıb. Ölkənin Səhiyyə naziri Vişvas Saranq açıqlama verərək “Delta-plyus”un ölümcül olduğunu vurğulayıb. Hətta yaxın zamanda onun Avropada yayılacağının proqnozlaşdırıldığını da bildirib.
Maraqlıdır, “Delta” və “Delta-plyus” ştammı Azərbaycanda da yayıla bilər?
Məsələ ilə bağlı danışan terapevt Sübhan Hacıyev koronavirusun yeni versiyasının Azərbaycana gəlib çıxma riskinin çox böyük olduğunu qeyd edib:
“Bu ştamm Hindistanda yeni ortaya çıxsa da, artıq sərhəd qonşularımızda var. Rusiya və Türkiyədə o tam dəqiqliyi ilə aşkar olunub. Heyf ki, biz hələ də hansısa ştammın, doğrudan da, var olub-olmadığını ayırd edə bilməmişik. Bizim o ölkələrə gedib-gəldiyimizi nəzərə alsaq, düşünürəm ki, payız aylarında bizdə də dördüncü dalğa mövzusu ola bilər, risk böyükdür. Müalicəsinə gəldikdə isə dünyada koronavirusla mübarizədə ən effektiv yol vaksinasiyadır. Ölkədə artıq Pfizer-BioNTech vaksini var, o, vaksinlərin içərisində ən effektlisi olduğu üçün ondan istifadə etməyi məsləhət görərdim”.
Koronavirusun təhlükəli növü dəhşət SAÇIR - Sərhədlərimizə qədər çatdı
25
iyun
15:29

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat