Oğlu Baloğlan Əşrəfovun ölümündən danışdıMərhum Əməkdar artist Baloğlan Əşrəfovun oğlu Peyman Əşrəfov "Günün sədası" proqramına qatılıb.
O, atasının xəstəliyindən danışıb. Peyman bildirib ki, atası 18 gün evdə yatıb və həkimə getməkdən qorxub:
"Mən də koronavirusa atamdan yoluxdum, çox ağır keçirtdim. Atam xəstəxanaya getmirdi, deyirdi ki, nə problem olsa evdən çıxmaq istəyirəm. Öz arzusu oldu ki, evdə qalsın. Xəstəliyin 18-ci günü rəhmətə getdi. Əvvəl yaxşı idi, birdən-birə halı dəyişdi. Məcbur etdik ki, həkimə gedək, razılaşmadı. Dedi ki, məndən bezmisiniz evdən qovursunuz. 12-ci gün ağırlaşdı, evə aparat gətirdik. Dünyasını dəyişəndə həkim də var idi evdə. Atamda boğulma olmadı, başını qoydu və getdi. Ola bilər ki, ya şəkəri qalxdı, ya da qaraciyəri işləmədi. Qaraciyər köçürməsindən sonra ağır müalicə almışdı. Son 2 saatda halı çox pisləşdi, xəstəxanaya yığdıq ki, aparaq. Xəstəxanada yer hazır edildi. Amma təcili yardım çatdırmadı. Maşın həyətə çatanda, dünyasını dəyişdi.
Hər zaman oğluma baxıb deyirdi ki, 70 yaşımı görməyəcəm. Kaş nəvəm bir az böyük olardı, efirlərə özümlə aparardım. /Axşam.az
Oğlu Baloğlan Əşrəfovun ölümündən danışdı: Təcili yardım çatdırmadı
25
iyun
15:33

Qarabağ
KOMMENTLƏR
Sənət dostları Baloğlan Əşrəfovun məzarını ziyarət etdilər - VİDEO
"Baloğlan Əşrəfovun məzarına baxıb utandım" - Tolik (FOTO)
Baloğlan Əşrəfov Masallıda dəfn edildi - YENİLƏNİB (FOTOLAR)
Baloğlan Əşrəfov ölümündən 3 saat əvvəl bunları deyibmiş... (FOTO)
Baloğlan Əşrəfovun səhhəti ilə bağlı pis xəbər
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat