Xalq artisti Afaq Bəşirqızı Rövşanə Ağasəfqızının "Olduğu kimi" proqramının qonağı olub.
Aktrisa obrazlarından danışıb. O, "Söylü, Darçınbəyim, Gülya... İndiki qadınları hansına bənzədirsiniz" sualına "Bugünki qadını zəmanə ilə əlaqədar hadisələr imkan vermir düşünəsən. Qadınlarımızı qazi və şəhid anaları kimi görürəm. Qadınlar torpağı sevib, hörmət etsələr - əsl analıqdır" cavabını verib.
Bəşirqızı ən sevdiyi obrazından danışıb:
"Mənim üçün obrazlarım eynidir. Parlaq deyə fikir yoxdur. Suqranı Söylüdən çox istəyirəm. Amma insanlar Söylünü daha çox sevdirdi. Obrazlarımın hamısını sevirəm, bir-birindən ayırmaram. Sevmədiyim bir pyesi oynayanda, obrazı yaradanda səhnə darıxdırıcı olur".
Həyat yoldaşı Əhməd Təhməzovla bağlı "Əhməd kimdir həyatınızda" suala aktrisa belə reaksiya verib:
"Həyat bələdçim, lüğətsiz, izahsız başa düşənimdir, söykəndiyim dağdır, yaşama səbəbimdir".
A.Bəşirqızı "Səhnəni kimlərdən təmizləyərdiz" sualına "Bütün istedadları bir yerə yığardım. Elə istifadə edərdim ki, bütün istedadlılar bir araya gələrdi. İstedadsızlardan təmizləyərdim səhnəni" sözləri ilə münasibət bildirib./Axşam.az
Afaq Bəşirqızı həyat yoldaşından danışdı: O, mənim yaşama səbəbimdir
26
iyun
16:39

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat