AMEA Prezidenti, akademik Ramiz Mehdiyevin əmək məzuniyyətinə çıxdığı bildirilir. Daha doğrusu bu, hələki formal xarakter daşıyır. Ramiz Mehdiyev rəsmi olaraq Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsini icra etsə də, son bir neçə aydır ki, onun işlərini sağ əli və yaxını akademik Arif Həşimov icra edir.
Bizim.Media-ya bu barədə danışan mənbənin sözlərinə görə, əslində son günlər Ramiz Mehdiyevin səhhətində artan narahatlıqlar onun fəaliyyətini daha da əngəlləyib.
Artıq AMEA daxilində Ramiz Mehdiyevin yerinə Arif Həşimovun təyinat alacağı, onun isə istefa ərizəsi yazdığı ilə bağlı söyləntilər başlayıb.
Qeyd edək ki, Ramiz Mehdiyev AMEA prezidenti vəzifəsinə 2019-ci ilin 23 oktyabrında təyin olunub. Ondan əvvəl isə Prezident Administrasiyasının rəhbəri vəzifəsini icra edib.
Xatırladaq ki, yaxın günlərdə Milli Məclisin vitse-spikeri Adil Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevi istefaya çağırmışdı. Müsahibəsində Ramiz Mehdiyevə ciddi ittihamlar və iddialar səsləndirən Adil Əliyev AMEA-nın indiki vəziyyətinin ürəkağrıdıcı olduğunu qeyd etmişdi.
Onu AMEA-ya RƏHBƏR GƏTİRİRLƏR... - İDDİA
28
iyun
12:38

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat