Xərçəngdən əziyyət çəkən və uzun müddətdir Türkiyədə əməliyyat olunan Xalq artisti Ağadadaş Ağayev bu gün Bakıya qayıdır.
Üç dəfə əməliyyat olunan müğənninin səhhəti yaxşıdır. Bu haqda aparıcı Hacı Nuran Hüseynov məlumat yayıb. O bildirib ki, Ağayev xərçəngə qalib gəlib:
"Axır ki, Ağayevlər ailəsi aylardan bəri ilk dəfə olaraq sevincdən ağladı. Çünki mənim qardaşım, dostum bu gün Vətənə qayıdır. Özü də sağlam, gümrah. Allahın köməkliyi ilə tibb elmi möcüzə yaratdı. Dəfələrlə əməliyyat olunan sənətkar ölümə baş əymədi. Göydə Allahın, yerdə xalqın duası nəticəsində qardaşım sağaldı. Ağadadaş Ağayev də inanırdı ki, sağ-salamat qayıdacaq elinə, obasına".
Qeyd edək ki, A.Ağayev apreldə Türkiyəyə müalicəyə yollanıb. O, 3 dəfə əməliyyat olunub.
Xərçəng xəstəsi olan Ağadadaş Ağayevdən XƏBƏR VAR - FOTO
29
iyun
13:43

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat