Türkiyə KİV xəbər verir ki, İzmir Təhlükəsizlik Müdirliyi Kəşfiyyat və Terrorla Mübarizə Şöbə qrupları tərəfindən aparılan istintaq çərçivəsində Gülənin əmisi Seyfəddin Gülənin nəvəsi Munisə Gülənin Qarabağlar mahalının Yaşar Kamal məhəlləsində bir ünvanda gizləndiyi aşkarlanıb.
Belə ki, qadın gizləndiyi evdə tutularaq nəzarətə alınıb.
