"Daxili turizm sahəsində qiymət artımına nəzarət edə bilmərik. Çünki bazar iqtisadiyyatında hər şey tələb və təkliflə tənzimlənir. Bu, bizim səlahiyyətimizdə deyil".
Xezerxeber.az bildirir ki, bunu mətbuat konfransında Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid deyib.
O ümid etdiyini bildirib ki, xidmət bazasını artırmaqla qiymətlər də tənzimlənəcək. Turizm Bürosunun rəhbəri onu da qeyd edib ki, beynəlxalq aviareyslərin qiymətləri ilə bağlı məsələ yaxın vaxtlarda həllini tapacaq.
Konfransda çıxış edən Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə isə deyib ki, pandemiyanın mənfi təsirləri nəticəsində dünya turizm sahəsində 73 faiz azalma olub. Ötən il daxili turizm 3 milyona yaxın səfər itirib. Artıq sərhədlər açılır və ümid var ki, Azərbaycana gələn turistlərin sayı artacaq.
Qurum rəsmisi əlavə edib ki, yaxın gələcəkdə Ağdam və Füzulinin turizm potensialının qiymətləndirilməsi konsepsiyaları hazırlanacaq.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Aviabiletlər ucuzlaşa bilər - VİDEO
02
iyul
10:43

Qarabağ
KOMMENTLƏR
Pandemiya dövründə turizm sektoruna nə qədər ziyan dəyib?
Azərbaycanda turizm mövsümünün yenidən açılacağı vaxt bilindi — RƏSMİ
Azərbaycana səfər edən çinli turistlərin sayı 64 faiz artıb
İndoneziyalılara Ümrə ziyarətinə Azərbaycandan getmək təklif olunub
Gələn ildən Çinin daha bir şəhərindən Bakıya aviauçuşlar həyata keçiriləcək
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
- “Qardaşımı “İstanbul NS” klinikasının həkimləri öldürdü…” – Şikayət
- Azərbaycanda növbəti torpaq hərracları elan edildi
- Prezident Samir Nuriyevi sədr təyin etdi
- Putin Ukraynanın hücumuna "cavab verəcəyini" vəd edib
- Mədəni sərvətlərə vahid qaydada pasport veriləcək
- Mədəni sərvətlərə vahid qaydada pasport veriləcək
- "Lukoil"da kartla ödənişlərdə problem yarandı
- “Limak Kargo” bağlamamı itirib, pulumu qaytarmır, “səsini kəs” deyirlər – ŞİKAYƏT
- Mədəni sərvətlərə vahid qaydada pasport veriləcək