Bakı Metropoliteni QSC-nin maliyyə hesabatına əsasən qurum 2020-ci ili 83.543 milyon manat zərərlə başa vurub. Mövcud vəziyyət metroda gediş haqqının artırılması ilə bağlı xəbərlərin yayılmasına səbəb olub.
Məsələ ilə bağlı BAKU.WS-ə müsahibə verən Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov metroda gediş haqqının artırılmasının təmsil etdiyi qurumun ixtiyarında olmadığını bildirib:
"Metroda gediş haqqı qiymətinin tənzimlənməsi Bakı Metropolitenin səlahiyyətində deyil. Bu Azərbaycan Respublikası Tarif Şurası səlahiyyətinə daxil olan məsələdir. Bakı Metropoliteni, təbii ki, hesabatlı qurumdur və aidiyyəti dövlət qurumları, o cümlədən Tarif Şurası qarşısında hesabatla çıxış edir və hesabatları təqdim edir. Bu il də istisna edilmədi və hesabatı təqdim etdi”.
Bəxtiyar Məmmədov onu da bildirib ki, bu günlərdə Bakı Metropoliteni qiymətin tənzimlənməsi ilə bağlı Tarif Şurasına müraciət etməyib.
Qeyd edək ki, Metropolitenin 2020-ci il üçün açıqlanan maliyyə zərəri əvvəlki il ilə müqayisədə 51% artıb.
Bakı metrosunda gediş haqqı artırılacaq? (AÇIQLAMA)
02
iyul
14:23

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat