Cənubi Qafqazın ən böyük tələbə təşkilatı olan və özündə 101 ali və orta təhsil müəssisəsində fəaliyyət göstərən Tələbə Gənclər Təşkilatını (TGT) birləşdirən Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) Azərbaycanın bütün tələbələri və TGT-ləri adından Oxçuçayın Ermənistan tərəfindən çirkləndirilməsi ilə bağlı bəyanat yayıb.
Bəyanatda Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Oxçuçayda aparılan monitorinqlərə istinadən qeyd edilir ki, həmin çayda ağır metalların normadan artıq olması və şiddətli çirkləndirilməsi nəticədə Araz, Kür və Xəzər Dənizinin bioresursları, yerli əhalisi və ekosisteminə ciddi təhdid yaradır.
Vurğulanıb ki, Ermənistan Transsərhəd Su Axınlarının və Beynəlxalq Göllərin Qorunması və İstifadəsinə dair Helsinki Konvensiyasını nə imzalanıb, nə də ona könüllü şəkildə əməl edilib. İngilis dilində yazılmış bəyanat İttifaq tərəfindən ətraf mühitin qorunması istiqamətində fəaliyyət göstərən beynəlxalq təşkilatlara göndərilib.
Müraciətin sonunda beynəlxalq təşkilatlara bu mövzuda daha qətiyyətli mövqe tutması və Ermənistanı məsuliyyətsiz yanaşmasını dayandırmağa çağırış edilib.
Azərbaycan tələbələri adından Oxçuçayla bağlı beynəlxalq təşkilatlara BƏYANAT
03
iyul
17:14

Qarabağ
KOMMENTLƏR
Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti birgə bəyanat yaydı - Ermənistana XƏBƏRDARLIQ
Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti birgə bəyanat yaydı
BDU tələbələri "Tələbədən əsgərə” orduya dəstək layihəsinə başlayıb
Təhsil naziri tələbələri təbrik edib
Ermənistanda tullantıların çaylara axıdılması Azərbaycan üçün ciddi təhlükə mənbəyidir - AÇIQLAMA
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- İlham Əliyev Tokayevi təbrik etdi
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər