Xəbər verdiyimiz kimi Azərbaycanda karantin rejim mayın 31-nə kimi uzadılıb. Mayın 31-dən sonra növbəti yumşalmaların olması gözlənilir. Mayın 31-dən sonra yas və toy mərasimlərinin, kütləvi yığıncaqların keçirilməsinə icazə verilə bilərmi?
Bununla bağlı sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə bildirib ki, bununla bağlı qərarlar hökumət və Operativ Qərargah tərəfindən verilir:
"Operativ Qərargah dünyada və ölkədə mövcud vəziyyəti analiz etdikdən sonra yumşalmalara qərar verir. Bilirsiniz ki, dünən yoluxanların sayı keçən günlərə nisbətən daha çox olub. Təəssüf ki, insanlarımız Operativ Qərargahın qoyduğu qaydalara və tövsiyyələrə əməl etmir.
Nəticədə də ölkə ərazisində koronavirusa yoluxanıların sayı üç rəqəmliyə qədər yüksəlib. Vətəndaşlarımız sanki bu xəstəlik yoxmuş kimi davranırlar. Çölə çıxan zaman qoruyucu tibbi maskalardan, əlcəklərdən istifadə etmir, sosial məsafəni qorumadan toplu şəkildə gəzirlər. Bununla da vətəndaşlarımız özlərinin və yaxınlarının sağlamlığını təhlükə altına atırlar. Təəssüf ki, hələ də koronavirusun vaksini tapılmayıb.Ona görə də insanların bu qədər arxayınlaşması düzgün deyil. Son həftələrin statiskası heç də üərkaçan deyil. Ona görə də düşünürəm ki, yas, ad günü və toyların keçirilməsinə hələlik icazə verilməsi düzgün olmazdı. Çünki Azərbaycanda keçirilən yas mərasimlərində insanlar toplu şəkildə bir yerə yığışırlar. Təbii ki, bu da koronavirusun yayılma mənbəyi hesab olunur. Təsəvvür edin, bir koronaviuruslu xəstə özü də bilmədən keçiriləcək yas və toy mərasimində, kütləvi yığıncaqlarda iştirak etsə, necə böyük faciəyə səbəb ola bilər. Mənə görə yas və toy mərasimlərinin, kütləvi yığıncaqların keçirilməsinə tələsmək lazım deyil. İnsanlarımıza məsuliyyətli olmağı və Operativ Qərargahın qoyduğu qaydalara və tövsiyyələrinə əməl etməyi məsləhət görürəm. Yalnız belə olan halda biz tezliklə nornal həyatımıza qayıda bilərik".
Toy etmək istəyənlərin diqqətinə: Bu tarixdən etibarən... - AÇIQLAMA
28
may
15:02

Qarabağ
KOMMENTLƏR
Əhalinin nəzərinə! Karantin rejimi vaxtından tez bitə bilər — AÇIQLAMA
Azərbaycanda şənbə və bazar günləri çölə çıxma qadağası qoyulur?
Bu tarixdən etibarən karantin rejim yenidən sərtləşdirilə bilər — XƏBƏRDARLIQ
Ticarət mərkəzləri və bazarlar nə vaxt açılacaq? — AÇIQLAMA
"Rayon sakinləri Bakıya nə vaxt buraxılacaq?" — AÇIQLAMA
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat