Ermənistan mediası ötən gün Ermənistan-Azərbaycan sərhədində guya insident baş verməsi barədə rəsmi məlumatın ardından “detalları” tirajlamağa başlayıblar.
Axar.az xəbər verir ki, “Sputnik”in erməni bürosu Geqarkunik bölgəsində guya baş verdiyi bildirilən olayın “təfərrüatını” əldə edib.
Mənbəsi bəlli olmayan “təfərrüat”da bildirilir ki, insident əsgərlər arasında mübahisə ilə başlayıb. Bir-birindən 100 metr məsafədə yerləşən əsgərlər mübahisə etdikdən sonra ermənilər “silahsız halda” situasiyanı aydınlaşdırmaq üçün Azərbaycan əsgərlərinə yaxınlaşmağa başlayıb. Bu zaman Azərbaycan əsgərləri əvvəlcə göyə, daha sonra isə ermənilərin ayaqları altına atəş açıb. Bu zaman ermənilərdən biri ayağından, ermənilərin “cavab” atəşi ilə isə iki azərbaycanlı əsgər “yaralanıb”.
Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi sərhəddə heç bir insident olmadığı barədə rəsmi məlumat yayıb. Bildirilib ki, əgər erməni əsgərlər arasında yaralanan varsa, bu, yalnız öz aralarında yaranan insidentlə bağlı ola bilər.
Sərhəddə “atışma“: İki azərbaycanlı necə “yaralanıb”?
07
iyul
17:11

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat