“Azərişıq” Açıq Səhmdar Cəmiyyəti (ASC) "Bakı-XXI Əsr” MMC-ni məhkəməyə verib.
HİT.Az xəbər verir ki, iddia Bakı Kommersiya Məhkəməsinin hakimi Aytən Əliyevanın icraatındadır. Açıq mənbələrdə məhkəmə çəkişməsinin səbəbi barədə hər hansı qeyd yoxdur. İddialara görə isə, “Azərişıq”ın MMC-ni məhkəməyə verməsi külli miqdarda borcla bağlıdır.
"Bakı-XXI Əsr” 2004-cü ildə yaradılıb. Nizamnamə kapitalı 14,9 milyon manat olan Şirkət Bakı Beynəlxalq Avtovağzal Kompleksinin inşası layihəsi üzrə baş podratçı olub, eləcə də uzun illər kompleksi idarə edib.
Ötən il "Bakı-XXI Əsr” MMC yenidən təşkil olunmuşdu. Buna səbəb tərkibindən ayrılma baş verməsi və "Krosvey" MMC-nin yaradılması idi.
Bu ilin mart ayında isə “Bakı-XXI Əsr” MMC-nin fəaliyyətinə xitam verilib. Şirkət "Top Properties” MMC-yə birləşib. Bir ay sonra “Krosvey” MMC də ləğv olunub.
“Bakı-XXI Əsr” MMC-nin sahibi keçmiş Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, sabiq deputat Elton Məmmədov olub.
Elton Məmmədovun şirkəti MƏHKƏMƏYƏ VERİLDİ
09
iyul
13:27

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat