Samux İcra Hakimiyyətinin başçısı Alı Qocayevin rayonun müxtəlif yerlərində, kəndlərdə torpaq sahəsinin, daşınmaz mülkünün olduğu haqda dəfələrlə açıqlama vermişik.
İcra başçısının hələ də digər bölgələrdə ailəsinin və özünün adına yeni-yeni mülkləri aşkarlanır. Bütün bunlar isə onu deməyə əsas verir ki, Alı Qocayev vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdədir.
A.Qocayevin rayonun bir sıra kəndlərində də ailə üzvlərinin və yaxın qohumlarının adına hektarlarla torpaq sahəsi var. O cümlədən, Kür yolunun üstündə, daha dəqiq desək, çaya gedilən yolun kənarındakı “parnik”lərin də icra başçısına məxsus olması barədə informasiyalar mövcuddur.
Bundan əlavə, Samux rayonunun Ziyadlı kəndinin ərazisində 3 hektar torpaq sahəsində A.Qocayevin böyük fermasının olduğu bildirilir.
“Hürriyyət”in bölgə müxbiri Azər Allahverdiyevin əldə etdiyi məlumata görə, icra başcısı Gəncənin Rüstəm Allahverdioğlu küçəsində, Mədəniyyət Nazirliyinin tabeçiliyində olan “KLUB” deyilən yerin ərazisində ikimərtəbəli ev də tikdirib.
Samuxa ayrılan büdcə pullarının xərcləndiyi ÜNVAN BƏLLİ OLDU... - Belə deyirlər...
13
iyul
10:36

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat