Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun ortopedləri II Qarabağ müharibəsi qazisinin baldırında yaranmış 24 sm-lik sümük defektini bərpa ediblər.
Bu barədə Səhiyyə Nazirliyinin baş travmatoloqu İlqar Qasımov məlumat verib.
Onun sözlərinə görə, bütün dünyada odlu silah yaralanmasından sonrakı geniş sümük defekti rekonstruktiv ortopediyanın aktual problemidir:
"Adətən yumşaq toxuma defektləri (dəri, əzələ, vətər) və tez-tez rast gəlinən periferik sinir-damar sistemi yaralanmalarının müalicəsi multidissiplinar yanaşma tələb edir. Müharibə qazisində alt çənəsinin, bud və baldır sümüklərinin odlu silah yaralanmaları olub. Birinci mərhələdə plastik və damar cərrahları ilə birgə çənə sümüyünün tamlığı, ətrafların yumşaq toxuma və dəri defektləri bərpa olundu. İnstitutda yaradılmış ortopedlər qrupu tərəfindən texniki cəhətdən mürəkkəb olan İlizarov üsulu ilə bilokal cərrahi əməliyyat icra olunub. Bu osteosintez üsulu böyük təcrübə və hər iki tərəfdən, yəni həkim və xəstə tərəfdən səbr tələb edir, hansı ki, gündə 1mm-ə qədər bərpa prosesi gedir".
Mütəxəssis bildirib ki, hazırda xəstə özü sərbəst hərəkət edir və tezliklə normal həyata davam edəcək.
Qazimizin 24 sm-lik sümük defekti bərpa olundu - Baş travmatoloq
13
iyul
13:44

Qarabağ
KOMMENTLƏR
Sənədlərini Göyçay rayon Tibbi-Sosial Ekspert Komissiyasına təqdim etsə də... - GİLEY
Qarabağ qazisinə süni ürək köçürüldü - Video
100-dən çox əsgəri əməliyyat edən həkim: “Gözlərini açan kimi...“
“Şəkili Sayka” tutuldu - Video
Binədəki qəzada yaralananlarla bağlı Oqtay Şirəliyev xüsusi tapşırıq verdi
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat