Ötən gün sosial şəbəkələrdə 16 yaşlı qızın ailə qurması ilə bağlı yayılan xəbərlər ölkə mətbuatının gündəmini zəbt edib.
"Səni axtarıram" proqramında 16 yaşlı Müşgünazın qaynanası Zülfiyyə ilə əlaqə saxlanılaraq lentə alınan görüntülərin təfərrüatları öyrənilib. O sosial şəbəkələrdə yayılan videonun sadəcə nişan mərasimi olduğunu bildirib:
"Görüntülər nişan mərasimindən çəkilib. Uşağı atırdılar. Mən onu xoşbəxt etməyim? Xahiş edirəm çəkiliş gəlsin qızın anasıgilə getsinlər.
Evləri uçuqdur. Anası qan xəstəsidir. Yaraların içində ölür. Qardaşı epilepsiya xəstəsidir. Evlərinin üstü yoxdur. Anası dedi ki, aparın balamı mən bu həyatdan rahat köçüm. Oğlumun 29 yaşı var. Qız da, oğlan da namaz qılır.
Daha sonra Müşgünazla əlaqə qız ilə əlaqə saxlanılıb. O təhsilini davam etdirdiyini sadəcə nişanlandığını deyib:
"Hazırda mən oxuyuram. Təhsilimi davam etdirirəm. Evlənməmişəm. Sadəcə nişanlanmışam. Evlilik düşünmürəm.
Məktəbi bitirdikdən sonra fikirləşərəm. Anam xəstədir, yataq xəstəsi deyil. Bura öz gəldim ki, öz həyatım olsun. Əlbəttə anamı da düşünürəm. O mənim valideynimdir".
Xatırladaq ki, hadisə Şəki rayonunun Dəhnə kəndində baş verib. Müşgünaz adlı yeniyetmənin Bakının Maştağa kəndinə ərə verildiyi bildirilib.
16 yaşında ərə verilən qızdan açıqlama: "İstədim, öz həyatım olsun" - VİDEO
14
iyul
14:45

Qarabağ
KOMMENTLƏR
15 yaşlı "gəlin"lə 30 yaşlı bəy polisə çağırıldı - VİDEO (YENİLƏNİB)
36 yaşlı kişi ilə nişanlanan 14 yaşlı qızın ailəsindən AÇIQLAMA - TƏFƏRRÜATLAR - VİDEO
Nişanlandığı deyilən 8-ci sinif şagirdi olan qızla bağlı AÇIQLAMA - YENİLƏNİB
11 yaşında nişanlanan qızın ailəsindən açıqlama: Nişan yox, ad günü idi
11 yaşlı azərbaycanlı qızı nişanladılar - VİDEO
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- İlham Əliyev Tokayevi təbrik etdi
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər