Elçin Rzayev çalışır ki, sahibkarların aldıqları heyvanları öz adından kəsdirərək rayondakı kasıb, imkansız əhaliyə, şəhid və qazi ailələrinə paylatdırsın və öz adına çıxartsın.
Qurbanlıq kəsmək hər bir müsəlmanın borcudur, amma icra başçısının bunu icra hakimiyyəti, yaxud öz hesabından deyil sahibkarlara aldırması başadüşülən deyil.

Qeyd edək ki, İmişlinin əvvəlki icra başçısı Vilyam Hacıyev DTX-nın əməliyyatı zamanı həbs edilib.
Daha sonra Elçin Adil oğlu Rzayev İmişli Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. E.Rzayev bu təyinata qədər Yasamal Rayon İcra Hakimiyyəti başçısının I müavini vəzifəsində işləyib.
Məlumat üçün bildirək ki, yeni icra başçısının dönəmində də İmişli rayonu ilə bağlı maraqlı məlumatlar gəlməkdədir. Görünür bu rayonda yenidən kadr islahatlarına ehtiyac yaranacaq. /Bizimxəbər.az