Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Xətai rayonu ərazisində keçirdiyi növbəti monitorinqlər zamanı sanitar-gigiyenik norma və qaydalara əməl olunmadan fəaliyyət göstərən 5 heyvan kəsimi və ət satışı məntəqəsinə dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə və inzibati tədbirlər görülməsinə baxmayaraq, onların qanunsuz fəaliyyəti davam etdirdikləri aşkar olunub.
Bu barədə AQTA-dan məlumat verilib.
Nöqsanlar aşkarlanan heyvan kəsimi məntəqələrinin ünvanları aşağıdakılardır:
1. Bakı şəhəri, Xətai rayonu, Kərim Kərimov küçəsi 34 ünvanında yerləşən, fiziki şəxs Nəsibov Vəli İnşallah oğluna məxsus heyvan kəsimi məntəqəsi;
2. Bakı şəhəri, Xətai rayonu, Kərim Kərimov küçəsi 34 ünvanında yerləşən, fiziki şəxs Məmiyev Fuad Mətləb oğluna məxsus heyvan kəsimi məntəqəsi;
3. Bakı şəhəri, Xətai rayonu, Kərim Kərimov küçəsi 100A ünvanında yerləşən, fiziki şəxs Musayev Ramil Nail oğluna məxsus heyvan kəsimi məntəqəsi;
4. Bakı şəhəri, Xətai rayonu, Kərim Kərimov küçəsi 104A ünvanında yerləşən, fiziki şəxs Məhəmmədov Aqil Məhəmməd oğluna məxsus heyvan kəsimi məntəqəsi;
5. Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov küçəsində yerləşən, fiziki şəxs Baxşəliyev Cəmil Karbalı oğluna məxsus heyvan kəsimi məntəqəsi.
Agentlik bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.
AQTA daha 5 qanunsuz heyvan kəsimi məntəqəsi aşkarladı - SİYAHI
22
iyul
11:06

Qarabağ
KOMMENTLƏR
Yasamalda qanunsuz işləyən heyvan kəsimi məntəqələri aşkarlandı - SİYAHI
Qanunsuz heyvan kəsimi məntəqələrinin adı açıqlandı - SİYAHI
AQTA 15 qanunsuz heyvan kəsimi məntəqəsi aşkarladı - SİYAHI
Bakıda 10 ət kəsimi məntəqəsində nöqsanlar aşkarlandı
Bakıda 31 heyvan kəsimi məntəqəsində nöqsanlar AŞKARLANDI
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- İlham Əliyev Tokayevi təbrik etdi
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər