"Vətən yaxşıdır" mahnısı ilə tanınaraq dastana dönən şəhid gizir Xudayar Yusifzadənin İkinci Qarabağ müharibəsində ifa etdiyi yeni mahnısının görüntüləri əldə edilib.
Xudayarın ifası əks olunan sözügedən videogörüntünü Cebhe.info-ya şəhidin qardaşı Məhəmməd Yusifzadə təqdim edib.
Bildirilib ki, həmin ifa əsgərlərin birinin telefonun yaddaşında qalıb. Yararsız halda aşkarlanan mobil telefonun yaddaşı usta tərəfindən bərpa edilərək, həmin görüntüləri əldə etmək mümkün olub.
Kadrlarda ancaq səsi düşən Xudayar əsgər yoldaşıları ilə uca səslə mahnı ifa edir: "Ordakılar yığışıb bizdən ötrü, bax, belədir mənim taleyim..."
Qeyd edək ki, şəhid gizir Xudayar Yusifzadə 1998-ci ildə Bərdə rayonunda anadan olub. 2020-ci il oktyabrın 22-də Zəngilan rayonunun Ağbənd qəsəbəsi uğrunda gedən döyüşlərdə şəhid olub.
Ölümündən sonra "Azərbaycan bayrağı” ordeni, "Vətən uğrunda” və "Zəngilanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Döyüşlərdəki şücaəti ilə seçilən Xudayar həm də gülər üzü, Vətən sevgisi və xoş avazı ilə qəlblərə yol tapıb.
Sınıq telefondan şəhid Xudayarın daha bir mahnısı tapıldı: "Bax, belədir mənim taleyim..." - VİDEO
26
iyul
11:53

Qarabağ
KOMMENTLƏR
Qəhrəmanlığı dastana dönən Xudayarın doğum günüdür
Bu il uşaqlara Polad və Xudayar adlarının verilməsi kəskin artıb
Şəhid Xudayarın hərbi geyimi Vətən müharibəsi fondunda qorunacaq
Şəhidimizin ifası ilə yenidən sevilən mahnının bəstəkarından REAKSİYA
Hərbçi dostları şəhid Xudayarı öz oxuduğu mahnı ilə yad etdi
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat