ABŞ-ın Ermənistandakı səfiri Lin Treysi bu ölkənin Müdafiə Nazirliyinin nümayəndələrinin müşayəti ilə Azərbaycanla sərhəddə Qeqarkunik bölgəsinə səfər edib.
Bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb.
Korpus komandiri general-mayor Arayik Arutyunyan səfirə Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət barədə məlumat verib. Bundan sonra amerikalı diplomat sərhədin Yuxarı Şorj yaxınlığındakı hissəsində olub.
Səfir Treysi ABŞ-ın Ermənistan-Azərbaycan sərhədindəki hadisələrdən narahatlığını bir daha ifadə edərək, Birləşmiş Ştatların demarkasiya vəziyyətində güc tətbiqini qəbul etmədiyini vurğulayıb.ABŞ-ın Ermənistandakı səfiri Azərbaycanla sərhəddə- FOTOскачать dle 12.1