Bakı Nəqliyyat Agentliyinin (BNA) balansında olan dayanacaq pavilyonlarında mövcud olan çatışmazlıqların aradan qaldırılması məqsədilə lazım olan mal, iş və xidmətlərin satin alınması üzrə müsabiqənin qalibi "MG Construction” MMC olub.
Qaynarinfo xəbər verir ki, satınalma müqaviləsinin maliyyə dəyəri 498 039.65 AZN-dir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, "MG Construction” MMC 5 dekabr 2018-ci il tarixdə qeydiyyata alınıb. Nizamnamə kapitalı 83 220 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nizami rayonu, Tofiq Abbasov küçəsi, ev 39, mənzil 61-də yerləşir. MMC-nin qanuni təmsilçisi isə Quluzadə Tural Yaqub oğludur.
Tural Quluzadə haqqında açıq mənbələrdə hər hansı məlumat yoxdur. "MG Construction” MMC-yə gəlincə, məlum olur ki, şirkət metal və şüşə konstruksiyaların hazırlanması məşğuldur. Bu barədə MMC-nin veb-səhifəsində qeyd edilib.
Məsələnin maraqlı tərəfi odur ki, "MG Construction” MMC əsasən BNA-nın elan etdiyi tenderlərin qalibi olur. Məsələn, qurum ötən il şirkətlə maliyyə dəyəri 530 421.8 AZN təşkil edən satınalma müqaviləsi imzalayıb. Bu müqavilədə də BNA-nın balansında olan dayanacaq pavilyonlarında müvafiq işlərin görülməsi məqsədilə lazım olan mal, iş və xidmətlərin satın alınması nəzərdə tutulur. Bir il sonra BNA-nın yenidən dayanacaq pavilyonlarına yarım milyon xərcləməsi müəyyən şübhələrə yol açır.
2019-cu ilin dekabrında isə BNA ilə "MG Construction” MMC arasında maliyyə dəyəri 920 000 AZN olan satınalma müqaviləsi imzalanıb. Müqavilənin şərtlərinə görə, şirkət piyadalar üçün istiqamət göstərici lövhələrin alınması və quraşdırılmasını həyata keçirib.
Həmin vaxt "MG Construction” MMC 1 il idi ki, fəaliyyət göstərirdi. "Dövlət satınalmaları haqqında Qanuna” görə satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin və etibarlığının olması gərəkdir. Amma 2019-cu ildə 1 yaşı olan "MG Construction” MMC-nin bu kriteriyalara cavab verdiyi inandırıcı görünmür. Buna baxmayaraq, BNA həmin vaxt şirkətlə 920 min manatlıq müqavilə bağlayıb.
Ümumiyyətlə isə 2019-2021-ci illərdə BNA ilə "MG Construction” MMC arasında toplam maliyyə dəyəri 3 775 101.45 AZN təşkil edən 5 satınalma müaaviləsi imzalayıb.
Hazırda sözegdən şirkətin 61 240.67 AZN vergi borcu var. "Dövlət satınalmaları haqqında” Qanun vergi borcu olan şirkətlərin satınalma müsabiqələrində iştirakını qadağan edir.
Dayanacaqların “udduğu” milyonlar – BNA ilə vergi borcu olan şirkət arasında şübhəli sövdələşmə
29
iyul
15:01

Qarabağ
KOMMENTLƏR
Təhsil Nazirliyi yarım milyona odun alır - Şübhəli tender
Baba Rzayevin şirkəti 800 minlik tenderin qalib oldu — “Azərişıq” həm də vergi borcu olan şirkətlə müqavilə bağlayıb
Xətai icra hakimiyyətindən şübhəli tender - Şirkət yaranmamış necə fəaliyyət göstərib?
Yarım milyon vergi borcu olan şirkətlə daha bir müqavilə – Qəbələdə şübhəli tender
Əhməd Əhmədzadənin 2 manatlıq şirkətlə sövdələşməsi - Şübhəli tenderlər
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- İlham Əliyev Tokayevi təbrik etdi
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər