Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə işğalçı Ermənistan ordusu üzərində əldə edilmiş tarixi zəfər nəticəsində müqəddəs Vətən torpaqlarının azad edilməsi bütün sahələr üzrə yeni situasiya yaradıb. Prezidentin tapşırığı ilə hazırda işğaldan azad edilmiş ərazilərdə minalardan təmizləmə, infrastrukturun bərpası və tikinti-quruculuq işləri aparılır.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında toplanmış məlumatlara, o cümlədən şahid ifadələrinə əsasən, birinci Qarabağ Müharibəsi zamanı yaşayış məntəqələri işğal edilərkən Ermənistan ordusu və terrorçu-quldur dəstələri tərəfindən qətlə yetirilmiş Azərbaycan vətəndaşları həmin ərazilərdə dəfn edilib.
İşğaldan azad olunmuş ərazilərdə görülən müvafiq işlər zamanı aşkar edilmiş naməlum məzar yerlərində ekshumasiyanın qeyri-peşəkar şəxslər tərəfindən aparılması və meyit qalıqları ilə ehtiyatsız davranış onların müxtəlif zədələr almasına, qarışmasına, məlumat və sübutların, həmçinin artefaktların itməsinə səbəb ola bilər. Bu cür hallara yol verilməsi isə sonradan meyit qalıqlarının eyniləşdirilməsində ciddi problemlər yarada bilər.
Göstərilənlər və birinci Qarabağ Müharibəsində itkin düşmüş şəxs kimi qeydiyyata alınmış 3890 vətəndaşımızın sonrakı taleyinə aydınlıq gətirilməsinin zəruriliyi nəzərə alınaraq, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının müraciəti əsasında işğaldan azad edilmiş ərazilərdə aparılan tikinti-quruculuq işləri zamanı kütləvi və fərdi məzar yerləri aşkar ediləcəyi halda ekshumasiya işlərinin mütəxəssislər tərəfindən aparılması məqsədilə Dövlət Komissiyanın dərhal məlumatlandırılması barədə Baş Naziri tərəfindən aidiyyəti dövlət qurumlarına müvafiq göstəriş verilib.
Baş nazirdən işğaldan azad edilmiş ərazilərlə bağlı GÖSTƏRİŞ
02
avqust
17:06

Qarabağ
KOMMENTLƏR
Azad edilən ərazilərdə 60-dək modul tipli hərbi yerləşmə məntəqəsi istifadəyə verilib - RƏSMİ
Azərbaycan Müdafiə Nazirliyi Türkiyədən yeni mühəndis texnikası aldı - VİDEO
İşğaldan azad olunan ərazilərdə bərpa işləri hansı şəhərdən başlayacaq? - AÇIQLAMA
Dilqəm və Şahbazın girovluqdan azad olunmasının detalları açıqlandı
Döyüş bölgəsindən 314 Azərbaycan hərbçisinin meyiti çıxarılıb
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat