Qaradağ rayonu Sahil qəsəbəsində dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq müştərilərə qəlyan təklif edən obyekt aşkar edilib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən profilaktik tədbir zamanı Sahil qəsəbəsində yerləşən "Nur" istirahət mərkəzində karantin rejimi qaydalarına zidd olaraq qəlyan təklif edildiyi məlum olub.
Həmin obyektin sahibi Hüseyn Mənsimov qaydaları pozduğu üçün polislər tərəfindən barəsində inzibati protokol tərtib edilərək rayon məhkəməsinə göndərilib.
O, məhkəmənin qərarı ilə 8 sutka inzibati qaydada həbs edilib.Obyektdə qəlyandan istifadə edən 2 müştəri isə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 400 manat məbləğində cərimə ediliblər.
Qaradağ rayonu ərazisində sanitar-karantin qaydalarına əməl olunması nəzarət məqsədi ilə profilaktik tədbirlər davam etdirilir.
"Nur" istirahət mərkəzinin sahibi HƏBS EDİLDİ - VİDEO
06
avqust
15:40

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat