“Təəssüf hissi ilə qeyd etmək istərdik ki, ölkəmizdə koronavirusa yoluxma səviyyəsində artım dinamikası müşahidə olunmaqdadır. Bu çox arzuolunmaz bir tendensiyadır. Karantin rejimində yaşadığımızı unutmamalıyıq. Bilirsiniz ki, yoluxma sağalma səviyyəsini kəskin şəkildə üstələdikdə karantin rejiminin sərtləşdirilməsi ilə bağlı addımlar atılır. Sağalma yoluxmanı üstələdikdə isə yumşalmalar həyata keçirilir”.
Azərbaycanda COVİD-19 yoluxmalarının artması ilə bağlı Bizim.Media-ya özəl açıqlamasında bunları deyən millət vəkili Elman Nəsirov nümunə kimi toylara icazə verilməsi, qapanmış müəssisələrin yenidən açılmasını göstərdi.
Ancaq bunlar yoluxma səviyyəsinin kəskin aşağı düşüdüyü bir reallıqda baş verdi:
“İndi isə yenidən əks proses getməkdədir. Çox istərdik ki, yenidən sərt karantin rejminə qayıtmayaq. Bunu hər birimiz arzulayırıq, amma nə edək ki, bu gün yoluxma faizinin belə kəskin artması arzu etmədiyimiz ssenarilərin işə düşməsini labüd edə bilər. Ona görə də vaksinləşmə məsələsinə çox böyük diqqətlə yanaşmaq lazımdır”.
Deputatın sözlərinə görə, varlı ölkələr vaksinləri alıb və kasıb dövlətlərin peyvənd əldə etmək imkanları məhdudlaşıb. Lakin Azərbaycanda bu sahədə heç bir problem yoxdur. Bu da hökumətin vaxtında atdığı addımlarla bağlıdır.
Amma müəyyən insanlar bu prosesdən yayınmaq istəyir:
“Dezinformasiyalar yayılır. Amma inanın ki, bunların hamısı yalandır. Hər birinizin bildiyi kimi yəhudilər çox ağıllı xalqdır. İsrail əhalisinin peyvəndlənmə səviyyəsi dünyada birinci yerdədir. Belə olan halda, biz niyə prosesdən kənarda qalmaq istəyək? Sevinməliyik ki, kifayət qədər vaksinimiz var. Peyvənddən məhrum olan ölkələr var. Prezident İlham Əliyev də bu məsələni ən yüksək beynəlxalq kürsülərdə qaldırır ki, vaksin bölgüsündə ədalət prinsipi təmin olunmalıdır”.
Millət vəkili cəmiyyətdə yayılan bəzi dezinformasyalara inanmamağı da tövsiyə etdi. Belə xəbərlər arasında valideyni vaksin olunmayan şagirdlərin məktəblərə buraxılmaması da var.
Amma övladlarının sağlamlığı naminə valideynlər də könüllü şəkildə peyvənd olunmalıdırlar:
“Mən şəxsən, Milli Məclisin deputatı Elman Nəsirov fevralın 26-da vaksinasiyanın birinci mərhələsində iştirak etmişəm. Martın 26-da ikinci doza peyvəndlənmişəm. Mən bunu etmişəmsə, siz niyə etməyəsiniz? Nədən çəkinirsiniz? Qorxulu bir şey olsaydı, məgər mən buna gedərdimmi? Ona görə də, sizin saytınız vasitəsilə üzümü tuturam bütün soydaşlarımıza, vətəndaşlarımıza; peyvəndlənmə prosesində fəal olun. Özünüzün və bütövlükdə cəmiyyətimizin sağlamlığının qorunmasına töhfə verin”.
“Çox istərdik ki, yenidən sərt karantin rejminə qayıtmayaq. Amma...” – Elman Nəsirovdan MƏHDUDİYYƏT ANONSU
09
avqust
12:20

Qarabağ
KOMMENTLƏR
Sərt karantin rejiminə keçilsinmi: xalqın rəyi
“Novruz bayramı ərəfəsində qısamüddətli sərt karantin tətbiq edilə bilər” - Deputat
Sərt katantin arzuolunmazdır, lakin yoluxma kəskin artarsa... - Deputat
“Sərt karantin tətbiq edilib-edilməməsi hər birimizdən asılıdır” - deputat
Karantin rejimi yenidən sərtləşdirilə bilər - YOLUXMA ARTIR...
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat