Yay ayları olmasına baxmayaraq, həm dünyadakı ümumi mənzərə, həm də ölkəmizdə yoluxma saylarının intensiv şəkildə artması bizi bir daha ehtiyatlı olmağa və gələcəkdə ehtimal olunan təhlükələr qarşısında hazırlıqlı olmağa məcbur edir.
Bunu Trend-ə Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov deyib.
R.Mahmudov bildirib ki, xüsusən payız aylarında koronavirusun yeni ştamlarının insanlıq üçün yarada biləcəyi təhlükə hələ ki qarşımızda durmaqdadır:
“Payız aylarında ola biləcək təhlükələrin qarşısının alınması da zamanında olunan peyvəndlər vasitəsilə mümkün ola bilər. Virusa yoluxmuş olsaq belə, vaksin vurdurmuş olsaq belə 6 aydan sonra vurulacaq 3-cü doza vaksin gələcəkdə yoluxmaların sayını azaltmağa və ya yoluxma zamanı həyati təhlükənin minimuma endirilməsinə böyük töhfə verir.
Bu həqiqəti bilərək mən tövsiyə edirəm ki, vaksin vurdurmasının 6 ayı tamam olmuş insanlar payız aylarında ola biləcək dalğaya qarşı immun sistemlərini gücləndirmək üçün 3 doza vaksin vurdursunlar”.
Payızda yeni ştamlardan özümüzü necə qoruyaq? - AÇIQLAMA
09
avqust
12:30

Qarabağ
KOMMENTLƏR
Virusdan ölüm sayı sıfıra düşdü, Azərbaycanın mübarizəsi effektivdir - ŞƏRH
Koronavirusun yeni dalğasına qarşı peyvənd əhəmiyyətsizdir? - Həkim rəyi
Operativ Qərargahın eksperti sərt karantinin ANONSUNU VERDİ
Bayramqabağı karantin rejimi sərtləşdirilə bilərmi? - AÇIQLAMA
Azərbaycanda nə vaxt toy keçirmək mümkün olacaq?
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- İlham Əliyev Tokayevi təbrik etdi
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər