Bu sözləri Xalq artisti Fəxrəddin Manafov “Asan radio”ya müsahibəsi zamanı bildirib. Veriliş zamanı aktyor ona ən yaxın olan insandan da danışıb.
Xalq artisti həmin şəxsin bir müddət əvvəl rəhmətə gedən həyat yoldaşı Vahidə xanım olduğunu deyib:
“Mənim ən yaxınım, böyük ağrı ilə deyirəm ki, dünyasını dəyişdi. Bu, həyat yoldaşım Vahidə xanım idi. Mən hər gün səhər gözümü açanda da, gecə yuxuda da, yatmazdan əvvəl də bu ağrını yaşayıram. Fikirləşirəm ki, artıq qəribə bir ömür başlayıb həyatımda... Mən hətta ən yaxınlarım, anama və atama belə demədiklərimi Vahidəyə deyirdim. Amma artıq bu gün bunları deyə biləcək kimsəm yoxdur”.