"Hazırda bənövşəyi xətt üzrə əsas diqqət Xocahəsən elektrik deposu və onun tərkibində olacaq "Bakmil" tipli yerüstü stansiyasına yönəlib. Bu istiqamətdə işlər davam edir. "Bənövşəyi xətt"in 4-cü stansiyası (B-4) olacaq Heydər Əliyev adına İdman-Konsert Kompleksinin arxasında isə inşaatın ilkin hazırlıq işləri aparılır".
Bu sözləri BAKU.WS-ə açıqlaması zamanı "Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov bildirib.
O əlavə edib ki, xəttin beşinci stansiyası (B-5) üzrə yer bəllidir və o istiqamətdə işlər B-4-də işlər qurtardıqdan sonra başlayacaq: "B-5 stansiyası Xarici İşlər Nazirliyinin binasının arxa tərəfində yerləşəcək".
Bəxtiyar Məmmədov həmçinin deyib ki, Xocahəsən elektrik deposunun 3 mərhələdən ibarət inşası planlaşdırılır: "Hazırda mövcud olan stansiya və xətlərin istifadəsi üçün birinci mərhələ nəzərdə tutulub. Xətt gələcəkdə inkişaf etdikcə, yeni stansiyalar inşa olunduqca ikinci və üçüncü mərhələ icra olunacaq.
Hazırda birinci mərhələ üzrə işlər sürətlə davam edir. Bəzi sahələrdə tamamlanma işləri gedir. Stansiyanın inşası birinci mərhələnin davamı olaraq aparılacaq. Metro stansiyanın inşası 2022-ci ilin sonuna qədər yekunlaşacaq".
"Kubinka"da metro stansiya nə vaxt açılacaq? - RƏSMİ AÇIQLAMA
10
avqust
12:19

Qarabağ
KOMMENTLƏR
Bakıda metro qatarları maşinistsiz idarə olunacaq
"Xocasən" stansiyası nə vaxt istifadəyə veriləcək? - AÇIQLAMA
Yeni metro stansiyada inşaat işləri yekunlaşır - Rəsmi
“Azərenerji” 2018-ci il “zülmətinin” bir daha təkrarlanmaması üçün modern sistem
Bakıda 3 mərtəbəli yeni metro stansiyası açılır — RƏSMİ
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat