Müğənniyə sənət adamlarının fotoları göstərilib. O, həmkarları Vəfa Şərifova və Türkan Vəlizadəni tanımayıb.
"Türkan adlı müğənninin olduğunu bilirəm. "Instagram"da da qarşıma çıxır. Amma burada onu tanımadım",- deyə, İlhamə bildirib.
Sözügedən tanınmışlarla bağlı sualları cavablayan İ.Qasımova Vəfa və Türkanın səsini eşitmədiyinə görə səsləri ilə bağlı hər hansı şərh verə bilməyəcəyini vurğulayıb.
