Daxili İşlər Nazirliyi Müdafiə Nazirliyinin Azərbaycan Ordusunun bəzi bölmələrinin də karantin tədbirlərinə cəlb olunması ilə bağlı məlumatına münasibət bildirib.
Bakisesi.com xəbər verir ki, həmin məlumatda deyilir:
“Ölkəmizdə xüsusi karantin rejimi tətbiq ediləndən bu günədək, təxminən 4 aydır ki, polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları gücləndirilmiş iş rejimində fasiləsiz olaraq nəzarət tədbirlərini həyata keçirirlər. Bu müddətdə əməkdaşlarımız məzuniyyətə çıxmadan, hətta həftənin bazar günləri öz xidmətlərini davam etdiriblər.
Ona görə də tək Müdafiə Nazirliyinin deyil, eləcə də Fövqəladə Hallar Nazirliyinin, Sərhəd Qoşunlarının, yerli icra hakimiyyətlərinin əməkdaşları xüsusi karantin rejiminə nəzarət prosesində zərurət yarandığı təqdirdə polis əməkdaşlarına və Daxili Qoşunların hərbi qulluqçularına kömək məqsədi ilə bu işə cəlb olunurlar.
Fürsətdən istifadə edərək bu çətin və məsuliyyətli işdə Daxili İşlər Nazirliyinin əməkdaşlarına kömək edən bütün qurumlara və vətəndaşlara öz təşəkkürümüzü bildiririk”
DİN-dən Müdafiə Nazirliyinin məlumatına münasibət
03
iyul
10:29

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat