“Bakıda metro stansiyalarına daxil olan vətəndaşlardan COVID pasportu, yaxud hər hansı digər sənəd tələb olunmur. Ancaq aktiv koronavirus xəstəliyi şübhəsi olan şəxslər yoxlanılır”.
Bunu “Report”un sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.
Onun sözlərinə görə, yoxlama nəticəsində bəzi vətəndaşlar metroya buraxılmır. “Aktiv koronavirus xəstəsi olduğu şübhə doğuran şəxslərin hərarəti ölçülür və yalnız sağlamlığında COVID-lə bağlı risk olan vətəndaşlar metropolitenə buraxılmır. Digər hallarda metropoliten stansiyalarına giriş tamamilə sərbəstdir”.
Qeyd edək ki, bu gündən etibarən Bakıda metropolitenə daxil olan bəzi vətəndaşların yoxlanılmasına başlanılıb. Polis vətəndaşlardan COVID pasportunun olub-olmadığını soruşur.
Metroda COVİD pasportu TƏLƏB OLUNUR? - AÇIQLAMA
13
avqust
13:35

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat