Şəki Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində vətəndaşları aldadaraq onlara qarşı dələduzluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini İqbal Muğumov saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, araşdırma zamanı özünü bloger, jurnalist kimi təqdim edən İ.Muğumovun Ramiz Əmirov adlı şəxsin problemini həll edəcəyi vədi ilə onu aldadıb, 600 manat pulunu ələ keçirdiyi məlum olub.
Ətrafında davam etdirilən tədbirlərlə saxlanılan şəxsin daha bir Şəki rayon sakinindən isə barəsində şikayət olması bəhanəsi ilə 10 min manat pul tələb etdiyi müəyyən olunub.
Həmin şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, həmçinin Şəki Şəhər Rayon Polis Şöbəsinin (024)244-25-50 şəhər və 055-628-00-84 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.
"Jurnalist" adı ilə vətəndaşdan 10 min manat aldı
18
avqust
13:31

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat