Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını öldürməkdə təqsirli bilinən Sabunçu rayon Məhkəməsinin sabiq hakimi Fəqan Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
"Report"un məlumatına görə, işə hakim Telman Hüseynovun sədrliyi ilə baxılıb.
Hazırlıq iclası zərərçəkmiş tərəfin hüquqi varisi olmadan keçirilib.
Prosesdə Fəqan Əhmədovun anket məlumatları dəqiqləşdirilib.
Daha sonra dövlət ittihamçısı çıxış edərək təqsirləndirilən şəxs barəsindəki həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılaraq, cinayət işi məhkəmə baxışına verilməsini istəyib.
Fəqan Əhmədov və vəkilləri prokurorun çıxışına etiraz etməyib və hər hansı vəsatət verməyiblər.
Daha sonra məhkəmə müşavirəyə yollanıb. Müşavirədən qayıtdıqdan sonra məhkəmə təqsirləndirilən şəxs barəsindəki həbs qətimkan tədbirini dəyişdirmədən saxlamaqla işi məhkəmə baxışına qəbul edib.
Baxış iclası avqustun 26-a təyin olunub.
Qeyd edək ki, Bakı sakini Əhmədova Pərvanə Süleyman qızının qəsdən öldürülməsi faktı ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, istintaqla Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin hakimi vəzifəsində işləyən Əhmədov Fəqan Rövşən oğlunun 2021-ci il mayın 30-da saat 23 radələrində Bakı şəhəri Sabunçu rayonu, Nardaran qəsəbəsi, “Ləhiş bağları” adlanan yaşayış massivində birgə yaşadıqları evdə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı özünə məxsus ov tüfəngindən atəş açaraq arvadı Pərvanə Əhmədovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Fəqan Əhmədov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Arvadını öldürən hakimin məhkəməsi başladı
19
avqust
13:33

Qarabağ
KOMMENTLƏR
“Yeni Klinika”nın daha üç əməkdaşı məhkəmə zalında həbs edildi
Rövşən Əkbərova qarşı 1 milyon 220 min manatlıq İDDİA QALDIRILDI
Həbsdə olan “İdeal”ın keçmiş sahibi ilə bağlı YENİ XƏBƏR
Bakıda arvadını öldürməkdə şübhəli bilinən məhkəmə hakimi tutuldu - RƏSMİ
Bacanağını öldürən Mahmudovun məhkəmə işi - arvadını qısqanırmış
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat