Avqustun 25-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Günün ikinci yarısında dəyişkən buludlu, əsasən yağmursuz. Mülayim şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 24-27° isti, gündüz 30-34° isti olacaq. Bakıda gecə 25-27° isti, gündüz 32-34° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 % olacaq.
Azərbaycanın rayonlarında: Bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Axşama doğru tədricən kəsiləcək. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 21-26° isti, gündüz 32-37° isti, dağlarda gecə 12-17° isti, gündüz 20-25° isti olacaq.
Sabah Bakıda yağış yağacaq
24
avqust
13:38

Qarabağ
KOMMENTLƏR
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- İlham Əliyev Tokayevi təbrik etdi
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər