"Bir-iki dəfə dublayaja getmişəm, bir də verilişdə olmuşam. Film çəkilişlərim olmur. Nicat Kazımovun bir tamaşası var idi, məni çağırdı. Onun məşqini etdik, teatrların fəaliyyəti bərpa olunsa, səhnəyə çıxacam".
Bu sözləri aktyor Allahverdi Yolçuyev axşam.az-a açıqlamasında deyib. Səhhətində uzun müddətdir problem olan sənətçi müalicəyə maddi imkanının çatmadığını söyləyib:
"Qolumun əsməyi mənə narahatlıq verir. Müalicəsi Azərbaycanda yoxdur. Türkiyə, Moskva, Almaniyada müalicəsi var. Beyinlə bağlı bir problemdir. Külli miqdarda pul lazımdır. Maddi gücüm çatmır. Lazımi qurumlar isə maraqlanmırlar.
Ruhdan düşmürəm. Sənət dostlarım zəng edir, maraqlanırlar. Naibə Allahverdiyeva, Nahidə Orucova, Qorxmaz Əlili, Teymur Əmrah, Nicat Kazımov hər dəfə halımla maraqlanırlar.
Səhhətimə görə teatrdan uzaqlaşdım. İşləmirəm, bütün günü evdə oluram".
Tanınmış aktyor pulsuzluqdan müalicə oluna bilmir
24
avqust
19:03

Qarabağ
KOMMENTLƏR
- Kəmaləddin Heydərov Ramiz Mehdiyevin qohumunu təqaüdə göndərdi
- İcra başçısı özünə yeni müavin təyin etdi
- "Onunla danışıqlar aparmaq çətindir" - Tramp
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
- "Laçının "Mədəniyyət Paytaxtı" elan edilməsi ilə əlaqədar Tədbirlər Planı təsdiqləndi" - Əli Əsədov
- Lisey və gimnaziyalara şagird qəbulu üzrə imtahan cədvəli açıqlandı
- Kolleclərə qəbul üçün qabiliyyət imtahanlarına qeydiyyat başlayır
- Rusiya Britaniya Şurasının fəaliyyətini arzuolunmaz elan edib
- "Rusiya atəşkəsə razı olsaydı, “Hörümçək toru” olmayacaqdı" - Zelenski
- Onların ABŞ-yə girişi qadağandır! - Trampdan qərar