Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə Ermənistan təcavüz nəticəsində azərbaycanlıların hərbi əsir və girov götürülməsi təcrübəsindən geniş istifadə edib. Əlavə olaraq, Azərbaycanın həmişə hamının-hamıya dəyişdirilməsi prinsipi ilə çıxış etdiyi bildirilib. Ancaq Ermənistan həmişəki kimi bu prinsipə əməl etmir. Bəs Ermənistanın bu cür təcavüzlərinin qarşısını almaq üçün nə etmək olar?
Mövzu ilə bağlı deputat Elman Nəsirov Bakıvaxtı.az-a danışıb:
Azərbaycan dövləti 9 noyabr və 11 yanvar səmərələrindən irəli gələn öhdəliklərin icrası ilə bağlı bütün addımları atır. Təəssüf ki, eyni yanaşmanı Ermənistanın münasibətində söyləmək mümkün deyil. Onlar yenə də öz köhnə ambulansındadır. Təsüdüfi deyildir ki, Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə yeni formalaşdırdığı hökumətin beş illik fəaliyyəti ilə bağlı proqramda yenə də revanşist davranışdan irəli gələn mövqe ortaya qoyub. O yenə də Arsak ifadəsi işlədir, Dağlıq Qarabağ xalqından bəhs edir, Ermənistanın Dağlıq Qarabağ xalqı və ordakı qurumlarla münasibətinin yeni formatından danışır. Ancaq unudur ki, Azərbaycan silahlı qüvvələrinin ali baş komandanı, qalib dövlətin, qalib ordunun baş komandanı İlham Əliyev dəfələrlə qeyd edib ki, status söhbəti daha yoxdur, olmayacaq, bu məsələ öz həllini tapıb. Əlavə olaraq, Dağlıq Qarabağ ifadəsi yoxdur, Qarabağ iqtisadi zonası, rayonu var. Eyni zamanda, Dağlıq Qarabağ xalqı yoxdur. Qarabağ ərazisində yaşayan ermənilər və azərbaycanlılar var, onlar da Azərbaycan vətəndaşlarıdır. Xankəndində yaşayan 25 min nəfər erməni isə, əslində, yolu azdırılmış Azərbaycan vətəndaşıdırlar. Onların Azərbaycana, cəmiyyətin inteqrasiyasına yaxın prepektivli məsələləri sırasındadır.

Eyni zamanda, Azərbaycan tərəfi müharibədən sonraki yeni reallıqlar fonunda da üzərinə düşən öhtəlikləri ləyaqətlə yerinə yetirir. Azərbaycan min altı yüzdən çox erməni cəsədini qarşı tərəfə qaytarıb. Ermənistanın isə bu məsələlərdə yenə də qeyri-konstruktiv mövqedə dayandığına şahidlik edirik. Tək biz yox, bütün dünya buna şahidlik edir. Faktiki olaraq birinci Qarabağ müharibəsində 4 min nəfər əsir və girov götürülmüş Azərbaycanlıların taleyi ilə bağlı heç bir məlumat yoxdur. Onların cəsədləri Azərbaycana qaytarılmayıb. Ümumiyyətlə, heç bir informasiya mübadiləsi aparılmır. Bir yandan da Ermənistan hamını hamıya prinsipi üzrə əsrlərin və girovların qaytarılmasından bəhs edib beynəlxalq ictimai fikri aldatmaq, gözünə kül üfürmək istəyir. Reallıqda isə üzərinə düşən heç bir öhdəliyi yerinə yetirmir. Həmin o 4 min nəfər azərbaycanlının taleyi ilə bağlı heç bir məlumat vermir. Bu, hərbi cinayətdir və ermənistan tərəf bütün bu əməllərinə görə cavabdehlik daşıyır. Qarşıda beynəlxalq məhkəmə instansiyalarında bu problemlərlə üzləşə bilər. Azərbaycan tərəfi Ermənistanın Azərbaycanın işğal altında olmuş ərazilərinə vurduğu bütün maddi və mənəvi ziyanların ödənilməsi məsələsi ilə yanaşı, eyni zamanda, 4 min Azərbaycanlının taleyi ilə bağlı məsələləri də beynəlxalq məhkəmələrdə müzakirə predmentinə çevirmək niyyətindədir. Bu zaman Ermənistanın üzərinə çox böyük məsuliyyət düşür. Yaxşı olar ki, onlar beynəlxalq məhkəmələrə mürciət olunmasını gözləmədən müvafiq addımlar atsınlar. Bu, onların özləri üçün sərfəlidir. Əks halda isə hadisələr daha qəliz və mürəkkəb ssenari üzrə inkişaf edə bilər. Azərbaycan əməkdaşlıqda, regionlarda kommunikasiyaların bərpasında maraqlıdır və davamlı sülhün bərqərar olmasını istəyir. Əks halda isə hadisələr ən gözlənilməz ssenari üzrə inkişaf edə bilər və Ermənistan tərəfi heç bir zaman Azərbaycanın o dəmir yumruğunu unutmasın!скачать dle 12.1