"Bu günə qədər işğaldan azad edilmiş ərazilərdə "Azərenerji” ASC tərəfindən 3 elektrik stansiyası yenidən qurulub və üç yarımstansiya tikilərək istismara verilib.
Qurumdan Oxu.Az-a verilən məlumata görə, hazırda beş yarımstansiya, bir elektrik stansiyasında tikinti, quraşdırma işləri, o cümlədən yüksək gərginlikli xətlərin çəkilməsi prosesi davam edir.
Nəticədə bu günə kimi "Azərenerji” tərəfindən Qarabağ və Şərqi Zəngəzurda istismara verilən enerji obyektlərində 57 nəfər işlə təmin edilib ki, onların əksəriyyəti məhz işğaldan azad edilmiş rayonların sakinlərdir.
Belə ki, Laçındakı 8 MVt gücündə "Güləbird” Su Elektrik stansiyasında beş nəfər, Tərtərin işğaldan azad edilən Suqovuşan qəsəbəsindəki ümumi gücü 7,8 MVt olan "Suqovuşan-1” və "Suqovuşan-2” Kiçik Su Elektrik Stansiyalarında doqquz nəfər, 110/35/10 kV-luq "Şuşa” yarımstansiyasında yeddi nəfər, 110/35/10 kV-luq "Füzuli” yarımstansiyasında altı nəfər, 110/35/10 kV-luq "Kəlbəcər” yarımstansiyasında isə dörd nəfər işlə təmin edilib.
Bundan başqa tikintisi yekunlaşmaqda olan 110/35/10 kV-luq "Cəbrayıl” yarımstansiyasında da dörd nəfər işlə təmin edilib ki, onların da hamısı məhz cəbrayıllılardır.
Həmçinin Qarabağ Regional Elektrik Şəbəkəsinin yarımstansiya, hava elektrik verilişi xətti xidmətləri də daxil olmaqla ümumilikdə 17 əməkdaşı işlə təmin edilib.
Beləliklə, "Azərenerji” obyektlərinin əməkdaşları, ya doğulduqları rayonun, ya da işğaldan azad edilən qonşu rayonlardan məcburi köçkün olmuş şəxslərdir”.
57 keçmiş məcburi köçkün azad olunmuş rayonlarda işlə təmin edildi - FOTO
31
avqust
14:18

Qarabağ
KOMMENTLƏR
Azad edilən ərazilərimizdə tikilən yarımstansiyaların son vəziyyəti AÇIQLANDI - FOTO/VİDEO
Laçında kiçik su elektrik stansiyası istifadəyə verilib
Laçındakı su elektrik stansiyası yenidən qurulur - VİDEO
Suqovuşandakı elektrik stansiyalarının təmirinə başlanıldı - Video
“Səngəçal” Elektrik Stansiyasında “itirilmiş” 62 MVt güc
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat