Nazirlər Kabinetinin qərarına əsasən, bu gündən etibarən - 1 sentyabrdan bir sıra müəssisələrin işçilərinin (əmək və ya mülki müqavilələrlə işləməsindən asılı olmayaraq) azı 80 faizinin COVID-19-a qarşı birinci doza və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb edilir.
Bundan başqa, vətəndaşların bir sıra müəssisələrə daxil olması üçün də COVID-19 pasportu tələb olunur.
Bu müəssisələrə bərbərxana və gözəllik salonları da daxildirmi?
Məsələyə aydınlıq gətirmək üçün Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev BAKU.WS-ə açıqlamasında bildirdi ki, rəsmi qərarda vətəndaşların bərbərxana və gözəllik salonlarına gedərkən COVID-19 pasportuna ehtiyac yoxdur.
"İşçi heyyət 1 sentyabra qədər birinci, oktyabrın birinə qədər isə ikinci vaksini vurdurmalıdır. Gözəllik salonlarında, bərbərxanalarda vətəndaşlara kütləvi xidmət göstərilmədiyinə görə, orada bu xidmətdən istifadə edən şəxslərdən COVID-19 pasportu tələbi yoxdur", - deyə Elşad Hacıyev bildirib.
Bərbərxana və gözəllik salonlarına gedənlərdən COVID-19 pasportu tələb olunur? - RƏSMİ AÇIQLAMA
01
sentyabr
13:35

Qarabağ
KOMMENTLƏR
Sabahdan bu MƏHDUDİYYƏTLƏR qüvvəyə minir
Sentyabrın 1-dən COVID pasportu olmayanlar hara gedə bilərlər? - SƏRT QADAĞALAR
Bərbərxana və gözəllik salonlarına giriş COVID-19 pasportu ilə olacaq
COVID-19 pasportu olmayanlar bu məkanlara BURAXILMAYACAQ
Bu tarixdən iş və xidmət sahələrində COVID-19 pasportu tələb olunacaq
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
- "Laçının "Mədəniyyət Paytaxtı" elan edilməsi ilə əlaqədar Tədbirlər Planı təsdiqləndi" - Əli Əsədov
- Lisey və gimnaziyalara şagird qəbulu üzrə imtahan cədvəli açıqlandı
- Kolleclərə qəbul üçün qabiliyyət imtahanlarına qeydiyyat başlayır
- Rusiya Britaniya Şurasının fəaliyyətini arzuolunmaz elan edib
- "Rusiya atəşkəsə razı olsaydı, “Hörümçək toru” olmayacaqdı" - Zelenski
- Onların ABŞ-yə girişi qadağandır! - Trampdan qərar
- Rusiya XİN Zelenskinin bu iddialarını əsassız adlandırdı
- “Qardaşımı “İstanbul NS” klinikasının həkimləri öldürdü…” – Şikayət
- Azərbaycanda növbəti torpaq hərracları elan edildi