Koronavirusla mübarizə çərçivəsində Nazirlər Kabineti yanında Operativ Qərargahın yeni qaydalarına görə, bu gündən etibarən “COVID-19 pasportu” olmayan şəxslərin ictimai-iaşə obyektlərinə girişi qadağan olunub.
Qadağalara nəcə əməl olunduğunu müşahidə etmək üçün “Nizami” metrostansiyası yaxınlığında olan ictimai-iaşə obyektlərinə baş çəkdik.
“Nizami Mall” ticarət mərkəzinin girişində mülki geyimli şəxslər qapıda mərkəzə gələn şəxslərin “COVID-19 pasportu” olub-olmadığını yoxlayır. Peyvənd olunmayan şəxslər içəri buraxılmırdı. Qeyd edək ki, yoxlamanı polis əməkdaşları deyil, mərkəzin öz mühafizəçiləri aparırdı.
“Kapital Bank”ın Cəfər Cabbarlı fialında da isə qapıda yoxlama aparılmırdı. Amma filialdan bizə verilən məlumata görə, “COVID-19 pasportu” olmayan şəxslərə heç bir bank xidməti göstərilmir. Ərazidə yerləşən “Günay Bank” ASC-də də oxşar mənzərə müşahidə olunurdu. Bankın qarşısında pasport yoxlaması aparılmasa da, vaksin olunmayan şəxslərə xidmət göstərilmədiyi bildirildi.
Qeyd edək ki, sentyabrın 1-dən iri ticarət və ictimai iaşə obyektlərinə insanların buraxılması “COVID-19 pasportu” ilədir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə uyğun olaraq, mülkiyyət formasından asılı olmayaraq bütün tibb və əczaçılıq müəssisələri, bütün elm və təhsil müəssisələrində çalışan işçilərdən “COVID-19 paspotu” tələb olunacaq.
Bununla yanaşı yaşı 18-dən yuxarı olan şəxslər aşağıdakı yerlərdə qapalı məkanda göstərilən xidmətlərdən yalnız “COVID-19 pasportu” olduğu halda istifadə edə bilərlər:
- ictimai iaşə müəssisələrində;
- mehmanxanalarda;
- iri ticarət mərkəzlərində;
- ali və orta-ixtisas təhsili müəssisələrində.
Qeyd edək ki, qərarda marketlərdə, gözəllik salonlarında, biznes mərkəzlərində “COVID-19 pasportu”nun tələb olunması öz əksini tapmayıb.
Cebhe.info
“COVID-19 pasportu”: Hətta banklar da peyvənd olunmayanlara xidmət göstərmir
01
sentyabr
14:32

Qarabağ
KOMMENTLƏR
“Açıq havada işləyən restoranlara giriş sərbəstdir, pasport tələb edilmir“ - DİN
Sabahdan bu MƏHDUDİYYƏTLƏR qüvvəyə minir
Sentyabrın 1-dən COVID pasportu olmayanlar hara gedə bilərlər? - SƏRT QADAĞALAR
Qeydiyyatda olmayan xəstələrə "COVID-19 pasportu" verilməyəcək - RƏSMİ
COVID-19 pasportu almağın hansı üstünlükləri var? - CAVAB
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
- "Laçının "Mədəniyyət Paytaxtı" elan edilməsi ilə əlaqədar Tədbirlər Planı təsdiqləndi" - Əli Əsədov
- Lisey və gimnaziyalara şagird qəbulu üzrə imtahan cədvəli açıqlandı
- Kolleclərə qəbul üçün qabiliyyət imtahanlarına qeydiyyat başlayır
- Rusiya Britaniya Şurasının fəaliyyətini arzuolunmaz elan edib
- "Rusiya atəşkəsə razı olsaydı, “Hörümçək toru” olmayacaqdı" - Zelenski
- Onların ABŞ-yə girişi qadağandır! - Trampdan qərar
- Rusiya XİN Zelenskinin bu iddialarını əsassız adlandırdı
- “Qardaşımı “İstanbul NS” klinikasının həkimləri öldürdü…” – Şikayət
- Azərbaycanda növbəti torpaq hərracları elan edildi